Melissa Group işçi axtarır - MAAŞ 800-1000 MANAT
Fəaliyyətinə başladığı gündən etibarən insanların rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.
Hal-hazırda “Melissa Group”-da yeni vakansiya mövcuddur:
Vəzifə: memar
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
• İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
• İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
• Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
• Aylıq smetaların hazırlanması;
• Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.
Digər məlumat:
• Altıgünlük iş qrafiki.
• Əməkhaqqı: 800-1000 manat
Vəzifəyə dair tələblər:
• Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
• AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
• Əllə eskizləri çəkmək bacarığı;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
CV-lərinizi hr@melissagroup.az ünvanına "memar" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.