Sosial iqtisadiyyat

Bakı Yol Polisinə yeni rəis TƏYİN EDİLDİ

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

ENA.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi.

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Eləcə də bax: Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub. Rəşid Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.

 

BakuPost

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)