Putin Medvedevi bu vəzifəyə gətirəcək
Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevi Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini vəzifəsinə təyin etməyi planlaşdırır.
ENA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabineti ilə görüşdə deyib.
Məlumata görə, qısa müddətdə Baş Nazir vəzifəsinə təyinat olacaq. Baş Nazirin kim olacağı hələ məlum deyil.
Putin, həmçinin Medvedevə və hökumətinə yeni bir hökumət təyin olunana qədər vəzifələrini icra etməyi tapşırıb.
Qeyd edək ki, Baş Nazir Dmitri Medvedev bu gün hökumətin istefaya getdiyini açıqlayıb.
Eləcə də bax: Rusiya hökuməti tam tərkibdə istefa verdi