Sənaye

SOCAR: Belarusa neft tədarük etməyə hazırıq

"SOCAR Belarusa həm Azərbaycan, həm də digər istehsalçıların neftini tədarük etməyə hazırdır".

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Onlar (Belarus tərəfi – red.) bizə sorğu ilə müraciət ediblər, lakin hələ konkret tədarükdən söhbət getmir. Belarus tərəfinə məlumat təqdim olunub. Prinsip etibarilə, həm Azərbaycan, həm də digər nefti tədarük etməyə hazırıq. Əvvəllər biz onları neftlə təmin edirdik. Bunu bərpa etməyə imkan var", - deyə İ. Əhmədov qeyd edib.

Bundan başqa, İ. Əhmədov əlavə edib ki, hazırda Belarus tərəfi bazardakı imkanları nəzərdən keçirir.

Xatırladaq ki, Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy yaxın vaxtlarda alternativ mənbələrdən (Rusiya neftinə alternativ olaraq – red.) neftin idxalı ilə bağlı razılaşmaların əldə olunmasını gözləyir. O qeyd edib ki, hazırda bir sıra ölkələrdən tədarük imkanları nəzərdən keçirilir. Belarusun Baş nazirinin sözlərinə görə, artıq bir sıra ölkələrə neftin tədarükü üçün müvafiq kommersiya təklifləri göndərdilib. Bu ölkələr sırasında Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycan yer alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)