Sosial iqtisadiyyat

AzTU-da 7 fakültəyə dekan seçilib

Azərbaycan Texniki Universitetində (AzTU) dekan seçkisi yekunlaşıb.

Ali təhsil müəssisəsindən  verilən məlumata görə, seçkinin nəticələrinə əsasən, Lalə Əzizova Energetika, elektrotexnika və avtomatika, Zəkay Şayev Nəqliyyat və logistika, Nizami Poladov Metallurgiya və materialşünaslıq, Ərəstun Məmmədov Maşınqayırma və robototexnika, Taleh Şirinov İnformasiya və telekommunikasiya texnologiyaları, Fərqanə Musayeva İqtisadiyyat və idarəetmə, Elçin Rzayev isə Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib.

Qeyd edək ki, bundan əvvəl Texniki Universitetdə 8 fakültə olub. Elmi Şuranın 02.10.2019-cu il tarixili qərarı ilə dünyada mövcud sənaye trendləri, innovativ inkişafın texniki tədqiqat və təhsil qarşısında qoyduğu müasir çağırışlar nəzərə alınaraq AzTU-da elmi tədqiqatların prioritet istiqamətləri təsdiq olunub. Bu elmi istiqamətlər üzrə 7 fakültə yenidən təşkil edilib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)