“Rusiyada araq bazarına ermənilər nəzarət edir, bizə imkan vermirlər”
“Şərq Ulduzu” müəssisəsinin rəhbəri Əsgər Alırzayev Azərbaycandan Rusiyaya spirtli içkilər ixracının az olmasının səbəbini açıqlayıb.
Əsgər Alırzayev qeyd edib ki, Rusiyanın alkoqollu içkilər bazarı daha çox ermənilərin nəzarətində olduğundan Azərbaycan şirkətləri bu ölkədə tərəfdaş tapmaqda çətinlik çəkirlər:
“Rusiya bazarı qəliz bazardır. Rusiyanın araq bazarında təəsüflər olsun ki, bizim millətin nümayəndələri çox azdır. Orada Gürcülərin və bədnam qonşularımızın istehsalı olan araqlar çoxdur. Rusiya bazarında onlar daha çox pay sahibdirlər. Meyvə tərəvəzdə Rusiyanın istənilən bazarında azərbaycanlılarla rəqabətə girən yoxdur. Amma alkaqol biznesində azərbaycanlılar yoxdur. Ona görə, orada özümüzə tərəfdaş tapa bilmirik. Bu bizim zəif tərəfimizdir”.
Qeyd edək ki, ermənilərin Rusiyada azərbaycanılara alkoqollu içkilər satmalarına mane olması ilə əlaqədar olaraq Azərbaycanda spirt istehsal edən bir neçə müəssisə fəaliyyətini dayandırıb.