Green Tech işçi axtarır - VAKANSİYA
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Elektrik” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
• Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin daim yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırılması;
• İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
• İstifadəsinə verilmiş inventara texniki xidmətin göstərilməsi;
• Perodik plan əsasında texniki baxışların aparılması.
Tələblər:
• Təhsil: Müvafiq sahədə ali təhsil;
• Elektrik işləri sahəsində azı 3 il iş təcrübəsi;
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
• Elektrik sxemlərini oxumaq bacarığı olmalı;
• 0.4 kV gərginlikdəki avadanlıqlarla işləmə (yüksək gərginlik avadanlığında işləmə bacarığına üstünlük verilir) bacarığı;
• Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
• Elektrik avadanlığında işləmək üçün elektrik buraxılış vəsiqəsi.
• Yaş həddi: 25 - 40
• Cinsi: Kişi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur.