Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,21 dollar və ya 0,35% azalaraq 59,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,23 dollar və ya 0,35% azalaraq 65,14 dollar təşkil edib.