Bakı Fond Birjası rəhbərliyində - YENİ TƏYİNATLAR
20 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında cəmiyyətin 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunmuşdur.
Bu barədə BFB-dən verilən məlumatda bildirilir.
Əlavə olaraq, cəmiyyətin müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilmiş, o cümlədən birjanın fəaliyyəti bağlı digər məsələlərə müzakirə olunmuşdur.
Ümumi yığıncağın qərarına əsasən “Bakı Fond Birjası” QSC-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilmişdir. Yığıncaqda həmçinin müşahidə şurasının üzvlüyünə aşağıdakı şəxslər seçilmişdir:
Həsənov Tural Nurəddin oğlu – “Unibank” Kommersiya Bankı ASC-nin Risklərin İdarəedilməsi departamentinin direktoru;
Abdullayev Ceyhun Əliağa oğlu – “İnvest-AZ Yatırım Menkul Değerler” A.Ş.-nin Direktorlar Şurasının üzvü;
Yusubov İlqar Fayuz oğlu – “Azər-Türk Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru.