Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,51 dollar və ya 0,86% artaraq 60,12 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,48 dollar və ya 0,73% artaraq 65,92 dollar təşkil edib.