Bank

Əmanətləri hansı valyutada saxlamaq daha yaxşıdır?

Manat

Müsbətlər

Əgər əməkhaqqınızı manatla alırsınızsa və məsrəfləriniz də onunla baş tutursa, yığımı milli valyutada saxlamaq, sizi pulun dəyişdirilməsi zamanı artıq zərərdən qoruyur.
Manatla bank əmanətlərinin faizləri valyuta ilə olan əmanətlərdə olduğundan daha yüksək olur.

Mənfilər

Manat stabil deyil. 10 il ərzində manat 78 qəpik bir dollar kursundan, 1 dollar 1 manat 70 qəpik səviyyəsinə enib.
İnflyasiya səviyyəsi yüksək olaraq qalır, nəticədə əmanətçilər nəinki öz əmanətlərini artıra bilir, əksinə onun bir hissəsini itirirlər.
Dollar
Müsbətlər

Bu dünyada ən konversiya edilmiş, bütün sövdələşmələrdə istifadə olunan və bir çox Mərkəzi banklar üçün başlıca ehtiyat valyuta hesab olunur. Bu isə dolların stabilliyindən xəbər verir.
Dollar inflyasiyaya çox zəif meyillidir və onun dəyəri bir anlıq tendensiyalardan asılı olmur.

 

Mənfilər

Manatı dollara, sonra isə yenidən manata dəyişdikdə pul itkisi ilə qarşılaşırsan.
Müəyyən məbləğdə valyutanı əldə etmək üçün limit qoyulur.
Dollar dünyada ən çox saxtalaşdırılan valyutalardan biridir, o səbəbdən ehtiyat yastıq vasitəsi kimi əmanətləri dollarda saxlayırsınızsa, onların bir hissəsi adi kağız topasına çevrilə bilər.
Dövlət tərəfindən bu valyutadan istifadəyə və dəyişdirilməsinə məhdudiyyətlər qoyula bilər.
Depozitlər üzrə çox aşağı faizlər ödənilir.

Avro
Müsbətlər

Bir sıra ölkələrin Avropa ittifaqından çıxmaq arzusuna və digər həyəcanlı hallara baxmayaraq, avro kifayət qədər stabil valyutadır.
Nəzəri olaraq avro bir ölkənin iqtisadiyyatından asılı deyil. Təcrübədə vəziyyət bir qədər mürəkkəbdir, Avropa İttifaqına üzv olan iri dövlətlərin istehsalında olan durğunluq çox güman ki, bu valyutanın stabilliyinə təsir göstərə bilər. Lakin, bütün hallarda avro hələ ki, çox dayanıqlı valyutadır.
Mənfilər

Bir sıra ölkələrin Avropa ittifaqından çıxmaqla bağlı müzakirələr valyutanın stabilliyinə də təsirsiz ötüşmür.
Ümumi valyuta olmasına baxmayaraq, Avrozonada ümumi maliyyə-vergi tənzimlənməsi yoxdur.
Dəyişdirmə zamanı pulun müəyyən hissəsi itkiyə gedir. Həmçinin dəyişdirilmə zamanı müəyyən limit tətbiq olunur.
Depozitlər üzrə avronun minimal üçlüyü var “manat – dollar – avro”. Faizlər də çox aşağı olur.

Ekzotik valyutalar
Müsbətlər

Bu məsələdən baş çıxaranlar və stabil iqtisadiyyatı olan ölkənin valyutasını seçə bilənlər, digər ölkələrin təsirindən asılı olmayaraq, öz əmanətlərini etibarlı qoruya bilərlər.

Mənfilər

Əgər dolar və avronu istənilən bank şöbəsində dəyişdirmək mümkündürsə, ekzotik valyutalarla bunu hər yerdə etmək mümkün deyil.
Onların qorunub saxlanılması üçün yer tapmaq çox çətindir: ya döşəyin altına qoymalısan, ya da yerləşdirmək üçün xaricdə bank axtarmalı olacaqsan.
Maliyyə sektorundan uzaq olan insanlar valyutaları tam şəkildə tədqiq etməlidirlər. Məs, Çin yuanı perspektiv hesab olunur: ölkə iqtisadiyyatı durmadan artıq, valyutanın dəyəri isə digər ölkələrin iqtisadi təsirindən asılı deyil.

Əmanətləri hansı valyuta saxlamalı
Dollar və avronun mənfiləri nə qədər çox olsa da, saya deyil, arqumentlərin keyfiyyətinə diqqət yetirmək lazımdır, belə ki, stabillik çox mühümdür.

Pulları müxtəlif valyutalarda – dollar, avro və manatda saxlamaq daha yaxşıdır, eksprtlər belə hesab edirlər. Bu, riskləri minimuma endirməyə kömək edir, amma hər şeydən əvvəl şok hadisələr zamanı investisiyalarla müqayisədə vəsaitlərin saxlanılması üçün bir metod kimi çıxış edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department