İnvestisiya şirkətlərinin dövriyyələri məlum oldu
![](https://ena.az/uploads/news/2018-11/_businessinsider_3d6a149e27f54e3649ef4e777_o.jpg)
Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.
Birjadan "BI"yə daxil olmuş məlumata görə, 2018-ci il yanvar-oktyabr aylarında 7 milyard 111 milyon manatlıq dövriyyə ilə “Paşa Kapital İnvestisiya Şirkəti" birinci yeri tutub.
İkinci yerdə 4 milyard 348 milyon manatlıq dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti", üçüncü yerdə isə 3 milyard 739 milyon manatlıq dövriyyə ilə qərarlaşıb.