Neft bahalaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,80 dollar və ya 1,28% artaraq 63,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,92 dollar və ya 1,35% artaraq 68,12 dollar təşkil edib.