Maliyyə sənədləri məhv edilib: banklar cinayət məsuliyyəti daşıyırlar
Şəhid ailələrinin kompensasiya ilə bağlı narazılığının ən incə nöqtəsi pulun onlara ödənildiyini təsdiq edən maliyyə sənədlərinin məhv edilməsidir. Hətta ƏƏSMN rəhbəri də bu məsələdə bankların tərəfini tutur ki, o qədər sənədi saxlamaq mümkün deyil.
Nazir burasını doğru deyir ki, qanunvericiliklə bankların demək olar ki, bütün maliyyə sənədlərinin (hətta mühasibat uçotu üçün vacib olan ilkin sənədlərin) saxlanması müddəti maksimim 5 ildir. AMMA...
Maraqlı olan məsələnin başqa tərəfidir. Azərbaycan qanunvericiliyinə görə, heç bir özəl qurum, o cümlədən banklar Arxiv İdarəsinin icazəsi olmadan bir sənədin də yanından yel olub ötə bilməz. YƏNİ, SƏNƏDİ MƏHV EDƏ BİLMƏZ! Hətta sənədlərin saxlanma müddətləri bitsə belə, bank özbaşına onu məhv edə bilməz, mütləq Arxiv İdarəsinin rəyi olmalıdır, əks halda sənəd məhvetmə ilə bağlı rəsmi prosedurlar icra olunana kimi saxlanılmalıdır.
Əgər Bank Arxiv İdarəsinin rəyi olmadan hansısa sənədi ləğv edibsə, bu, o deməkdir ki, müvafiq məsuliyyət daşıyır. Bu, cinayət məsuliyyəti də ola bilər!