Neft kəskin bahalaşıb - QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,24 dollar və ya 1,97% artaraq 64,29 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,61 dollar və ya 2,35% artaraq 70,21 dollar təşkil edib.