MALİYYƏ

Gürcüstan: Biz inflyasiyanı yaddan çıxarırıq

 "Gürcüstanın milli valyutası olan lari dollara nisbətən yox, inflasiyaya görə qiymətləndirilməlidir".

"BI" xəbər verir ki, bunu 2019-cu il dövlət büdcəsi layihəsini parlamentə təqdim edərək nitq söyləyən maliyyə naziri İvane Maçavariani deyib.

“Bir daha söyləyirəm: hər şeyi larinin dollara görə məzənnəsinin dəyişkənliyi əsasında qimyətləndirmək çox xatalıdır. Biz inflyasiyanı yaddan çıxarırıq, halbuki inflyasiya proqnoz həddindən kənara çıxıb. Əslində, anlayışlar dəyişib, iki fərqli məsələni bir-birinə qarışdırıblar. Dəyişkən məzənnə siyasəti davam etdiriləcək”, – nazir vurğulayıb.

Qeyd edək ki, bir aydan çoxdur lari əsas valyutalara nisbətən ucuzlaşmaqda davam edir. Noyabrın 8-də 1 ABŞ dollarının 2,7656 lariyə dəyişdirilirməsi bu mənada rekord olub. Hazırda Gürcüstan Milli Bankının məzənnəsi 2,7155 GEL/1 USD səviyyəsindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)