Vakansiyalar

AFB Bank işçi axtarır - VAKANSİYA

AFB Bank Şəxsi köməkçi (Personal assistant) vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Şəxsi köməkçi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil və ya orta ixtisas təhsil;
• Yaxşı dərəcədə yazılı və şifahi azərbaycan, rus və ingilis dili biliyi;
• MS Office proqramlarında işləyə bilmək bacarığı;
• Koordinasiya, ünsiyyət qurma və təşkilatçılıq qabiliyyəti;

İŞİN TƏSVİRİ:

• Rəhbərliyin aparacağı iclas və müşavirələrin keçirilməsi üçün hazırlıq işlərinin görülməsi, lazım olan sənədlərin yığılması, iclas və ya müşavirənin keçiriləcəyi vaxt, yer və gündəlikdəki məsələlər haqqında iştirakçıların əvvəlcədən xəbərdar edilməsi;
• Keçirilən görüş və iclaslarda iştirak edərək (rəhbərliyin müəyyən etdiyi) iclasın qeydiyyat və sənədləşdirməsinin aparılması;
• Rəhbərliyin qəbuluna gələn qonaqların qəbulunu təşkil etmək;
• Rəhbərlik tərəfindən tələb edilən hesabatların, təqdimatların və s. hazırlanması.
• Rəhərliyin tapşırığı ilə şirkətdaxili və xarici yazışmaların Azərbaycan və İngilis dilində mətninin hazırlanması;
• Rəhbərliyə ünvanlanmış telefon zənglərinin cavablandırılması,Sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəxsi köməkçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department