Dövlət Agentliyinin səlahiyyəti artırıldı
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin səlahiyyəti artırılıb.
ENA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub.
Fərmanla Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi bundan sonra dövlət qurumlarının hökumət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitəsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını da təmin edəcək.
Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları, dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər (dövlət qurumları) üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət qurumlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirən