Sosial iqtisadiyyat

Dənizə neft axıdan şəxslər barədə müvafiq inzibati tədbirlər görüləcək - RƏSMİ

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.

"ENA" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və SOCAR-ın Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.  

Keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən edilmişlər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf etmişlər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcəkdir.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department