Sosial iqtisadiyyat

Azərbaycanda polisin rüşvət almasına görə araşdırma başlandı - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə yayılan videogörüntülərə münasibət bildirib.

Eləcə də bax: “Qaranlıq iş”: Sumqayıtın işsiz sakini bir gecədə beş müəssisənin sahibi oldu

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videoya baxış keçirilib:

“Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda yol polisinin yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istədiyi əks olunub.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)