ENA+

Liviya hökuməti Türkiyədən hərbi kömək tələb etdi

Liviya hökuməti rəsmi olaraq Türkiyədən hərbi kömək tələb edib.

"ENA" xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Türkiyənin Liviya xüsusi nümayəndəsi Emrullah İşler etdiyi açıqlamada, "361 il ortaq keçmişimiz olan Liviyanın Qanuni hökumətindən gələn dəvətə Türkiyə olaraq müsbət cavab verəcəyik. Millət Məclisimizin Liviyaya hərbi dəstək verilməsinə dair qanun layihəsini qəbul etməsilə qardaş Liviya xalqının və qanuni hökumətinin hər vaxt yanında olduğumuzu bir daha göstərmiş olacağıq." ifadələrini istifadə edib.

Liviyanın Faiz Sərracın rəhbərlik etdiyi qanuni hökuməti müxtəlif Avropa və Ərəb ölkələri tərəfindən dəstəklənilən üsyançı general Xəlifə Həftara qarşı mübarizə aparır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)