Rəsmi

Prezident nazir müavini təyin etdi - SƏRƏNCAM

Azərbaycanın Ədliyyə nazirinə yeni müavin təyin edilib.

 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

 

E.Nuriyev bu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)