Azərbaycan holdinqindən "kiçilmə" açıqlaması
"Azenco Group" Məhdud Məsuliyyətli Cəmiyyəti özünün nizamnamə kapitalının azaldığını elan edir.
"ENA" xəbər verir ki, nizamnamə kapitalının nə qədər azaldıldığı açıqlanmayıb.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında "Azenco Group" MMC haqqında məlumat tapılmır.
"Azenco" uzun müddət enerji sektorundakı iri layihələri həyata keçirib.
Qeyd edək ki, "Expressbank" ASC-nin nizamnamə kapitalının 48,8%-i "Azenco Group" MMC-yə məxsusdur.
“Azenco Group” MMC Sumqayıt Texnologiya Parkının (STP) təsisçisidir. Bu ilin Noyabr ayında Sumqayıt Texnologiya Parkının nizamnamə kapitalın 225 milyon 870 min 346 manat səviyyəsində müəyyən edilib.