“Rabitəbank”dan "təkrar pul silinməsi" iddialarına - MÜNASİBƏT
“Rabitəbank” ASC müştərilərinin ödənişləri rahat həyata keçirməsi və ödəniş tarixçələrini rahat izləyə bilməsi üçün yeniliklərin tətbiqinə hazırlaşır.
Bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu yeniliklər “Rabitəbank”ın uzun müddət əməkdaşlıq etdiyi ölkənin ilk və ən qabaqcıl prosessinq mərkəzi – “AzeriCard” MMC ilə birgə həyata keçirilir. Ötən gün yeni xidmətlərin tətbiqi istiqamətində aparılan sınaqlar zamanı baş vermiş nasazlıq nəticəsində müştərilərin hesablarından təkrar silinmiş kommunal ödənişlər dərhal geri qaytarılıb.
“Unikal rəqəmsal təklifləri ilə çıxış edən “Rabitəbank” müştərilərini məmnun etmək və rahatlığını təmin etmək üçün “AzeriCard” prosessinq mərkəzi ilə daim yeni həllər və təkliflər üzərində çalışır, rahat bankçılıq üçün həm ənənəvi, həm də rəqəmsal imkanlarını genişləndirir”, - deyə açıqlamada qeyd olunub.