İnşaat və əmlak

"Ağ Şəhər"də mənzillər neçəyədir? – SİYAHI, QİYMƏTLƏR

Hazıda Bakıda yeni tikililərin ən çox olduğu məkanlardan biri də paytaxtın “Ağ Şəhər “ ərazisidir. Burada yeni tikili mənzillərin kv metrinin qiyməti 1500 manatdan bahadır. Mənzillərlə yanaşı qarajlar da satılır. “Qaraj”ların qiyməti isə mənfi 1 və ya mənfi 2-ci mərtəbədə yerləşməsindən  asılı oaraq 20-30 min manat arasında dəyişir.

Eləcə də bax: "Bakıda tikintiyə icazə pulsuzdur" – KOMİTƏDƏN VACİB AÇIQLAMA

 

Məlumat üçün bildirək ki, «Ağ Şəhərdə» təhvil verilməyən binalardan mənzil alarkən ev sahiblərinə xüsusi kodlu kartlar verilir ki, bu kartların parolu da ancaq ev sahibində olur.

ENA.az  «Ağ Şəhərdə» yerləşən yeni tikililərin qiymətlərini təqdim edir.

“Hünər Qüllələri”

“Hünər Qüllələri” Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən “Huner Group”un ən böyük inşaat layihəsidir. «Ağ Şəhər»in ən hündür yerində, dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşir.

«1 mənzil sizdən, əlavə 14 otaq bizdən!» devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız “Huner Group”a aid olan Flexhouse sisteminin məqsədi evinizdə olmasını xəyal etdiyiniz, lakin evinizə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaq oyun zalı, kinozal, musiqi otağı, karaoke otağı, parti otağı, playstation otağı, qonaq otağı, fitness salonu, özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, iş otağı, sürücü otağı və camaşırxana daxildir.

Kompleksdə mənzillərin qiyməti 1780 manatdan başlayır. Mənzilləri kreditlə almaq istəyənlər isə 30% ilkin ödəniş etməklə qalan məbləği 36 aya ödəyə bilər.

«Ancora Residence»

«Ancora Residence»  “Ağ Şəhərdə” Yaşıl Ada rayonu, Mərkəzi Bulvar küçəsi 8-də yerləşir.

Residence ikimərtəbəli avtodayanacağı, liftləri və 1-ci mərtəbəsi qeyri-yaşayış sahələrindən ibarət olan 7 mərtəbəli premium yaşayış kompleksindən ibarətdir. Ümumi sahəsi 1,5 hektar olan ərazidə inşa edilən yaşayış kompleksində yaşıllıqlarla əhatə olunmuş uşaq meydançası, qapalı və mühafizə olunan sahə var. Hər mərtəbədə 2 mənzil yerləşir.

Kompleksdə mənzillərin kv metri  1600 manatdan başlayır. Mənzillər təmirli və təmirsiz də təhvil verilir. Mənzilin sadə təmirinin kv metrinin qiyməti 250 manat, full təmirinin qiyməti isə 500 manatdır.

Mənzilləri daxili kreditlə 30% ilkin ödəniş etməklə qalan məbləği 24 ay müddətinə faizsiz ödəməklə mənzil əldə etmək mümkündür. Eləcə də ilkin ödəniş 30%, illik faiz dərəcəsi 4%-7% olmaqla 25-30 illik ipoteka krediti ilə almaq olar.

Binada avtomobil üçün dayanacaq qiymətləri 25-30 min manat arasında dəyişir. Mənfi 2-ci mərtəbədə yerləşən dayanacaqlar nisbətən ucuz təklif olunur.

“Altem Tower”

Huner Group-un inşaat layihərindən biri olan Altem Tower yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Tikintisi tamamlanan kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb. Kompleks Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar Prospektini əhatəyə alan Park rayonunda yerləşir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşir.

20 mərtəbəli kompleks hər mərtəbədə 5 mənzil olmaqla ümumilikdə 84 mənzildən ibarətdir. Kompleksdə mənzillərin kv metri 1700 manata təklif olunur. Kompleksdə avtodayanacaqların qiyməti isə 30-35 min manat arasında dəyişir. Bina artıq təhvil verilib.

“Park Avenue Residence”

“Qarabağ Atları Meydanı”nın yaxınlığında inşa edilən premium səviyyəli “Park Avenue Residence” 8 mərtəbəli yaşayış kompleksinə 161 mənzil daxildir. Tikili 1 korpus 10 blokdan ibarətdir. 138 yerlik ikimərtəbəli yeraltı, 32 yerlik yerüstü avtomobil dayanacağı var. Kredit şərtləri 36 ay müddətinə, 30% ilkin ödəniş ilə faizsiz daxili kreditlə təklif edilir.

Kompleksdə mənzillərin kv metri 1500 manata təklif olunur. Bina 2021-ci ildə təhvil veriləcək. Kompleksdə avtomobil dayanacağında qiymətlər 25-30 min manata arasında dəyişir. İki avtomobillik dayanacaq 30 min manatadır.

Bina təhvil verilənədək mənzil sahibləri ilə müqavilə əsasında sənəd olacaq. Bina təhvil veriləndən sonra isə çıxarış veriləcək. Qeyd edək ki, “Ağ Şəhərdə” çıxarışı olmayan mənzillər xüsusi kodlu kartlar verilir ki, bu kartların da kodu yalnız ev sahibində olur.

 “Sahil Residence”

“Sahil Residence” yaşayış kompleksi dəniz səviyyəsindən 25 m. yüksəklikdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Babək rayonunun mərkəzi küçəsində yerləşir. Kompleksin  118 yerlik ikimərtəbəli yeraltı, 53 yerlik yerüstü avtomobil dayanacağı var. Mənzilin kreditlə satış qaydaları 30% ilkin ödənişlə, qalan məbləğ 24 ay müddətinə faizsiz təklif olunur.

Kompleksdə mənzillərin kv metri 1700 manatadır. Bina gələn ilin sonu təhvil veriləcək. Kompleksdə avtodayanacaqların qiyməti 20 min manatdır.

 “Raffle Tower”

Bina Mərkəzi Bulvar küçəsini əhatəyə alan 20 mərtəbəli hündür binaların sırasında yer alacaqdır. Bina dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir. Kompleks daxilində fitnes-klub, spa-salon, qapalı hovuz, dünya mətbəxlərinin yer aldığı restoranlar, pablar yerləşəcəkdir. Həmçinin Smart Building (Ağıllı bina) sistemi, housekeeping (mənzillərin personal tərəfindən gündəlik təmizlənməsi), mənzil servisi, resepşn, sürücülər üçün gözləmə otaqları, kirayə və digər xidmətlər göstəriləcəkdir. İlkin ödəniş 30% olmaqla 30 ay müddətinə tam faizsiz kredit mümkündür.

Binada mənzillərin kv metri 1900 manatdır. Avtodayanacaqların qiyməti isə 30-35 min manat arasında dəyişir. Bina gələn ilin sonu təhvil veriləcək.

“Ağsaray Residence”

Ağsaray Residence yaşayış kompleksi dəniz səviyyəsindən 25 m.-dən artıq hündürlükdə Yaşıl ada,Mərkəzi Bulvar küçəsi 6-da yerləşir. Bina 8 mərtəbəli , 1 korpuslu, 10 blokludur. 152 mənzildən ibarətdir.

Kreditlə ödəniş: 30% ilkin ödəniş. Qalan məbləğ 36 ay müddətinə faizsiz təklif olunur.

Kompleksdə mənzillərin kv metri 1600 manata təklif olunur. Binada avtodayanacaqların qiyməti 20-28 min manatdır. Kompleks 2022-ci ildə təhvil veriləcək.

“Majestic Palace”

“Majestic Palace” yaşayış kompleksi dəniz səviyyəsindən 25 m yüksəklikdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Mərkəzi Park kvartalında yerləşir.Bina 1 korpuslu, 9 blokdan ibarətdir. Hər mərtəbədə 2 mənzil yerləşir.

Mənzillərin kv metri 1600 manata təklif olunur. Bina 2 ilə təhvil veriləcək.

“AQP MTK AQP İnşaat”

“AQP MTK AQP İnşaat”ın Ağ Şəhərdə inşa etdiyi sayca 3-cü binadır. AQP İnşaat-a AQP-1, AQP-2 və AQP MTK daxildir. Bina 7 mərtəbəli , 9 bloklu və 1korpusdan ibarətdir. Hər mərtəbədə 2 mənzil olmaqla ümumilikdə 132 mənzil var. Mənzilləri ilkin 30% ödənişlə, qalıq məbləğ 40 ay müddətinə % - siz ödəmək mümkündür.

Mənzillərin kv metri 1650 manata təklif olunur. Bina artıq təhvil verilib. Binada avtomobil dayanacağının qiyməti 25 min manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)