Sənaye

Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,59 dollar və ya 0,97% artaraq 61,11 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,81 dollar və ya 1,22% artaraq 67,20 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department