İcra Hakimiyyəti bu şirkətə 3 milyona yaxın vəsait ayırdı
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək. Bİ.az xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.
"BI"Bu barədə tenderlərin nəticəsində bağlanan müqavilələrin reystrində məlumat verilib. Bildirilib ki, binaların dam örtüyünün dəyişdirilməsi "Construction Texnology" MMC-yə həvalə edilib. Bunun üçün şirkətə 3 milyon manata yaxın vəsait ayrılıb.
Vəsait ayrılması ilə bağlı müqavilə 2018-ci il noyabrın 12-də imzalanıb.
Qeyd edək ki, "Construction Texnology" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçmədiyindən reyestrdə şirkətin adı tapılmadı. Ona görə də onun hansı sahədə fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmayıb.
5 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti |
Construction Texnology MMC |
Çoxmənzilli binaların dam ö rtüklərinin təmiri işləri |
2987701.00 |
2018-11-12 |