Birja

Neft kəskin ucuzlaşdı - SON QİYMƏT

Dünya birjalarında neft ucuzlaşıb.

"" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,40 dollar və ya 4% ucuzlaşaraq 57,53 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,71 dollar və ya 3,86% ucuzlaşaraq 67,41 dollar olub.

Xatırladaq ki, neft qiymətləri ötən aydan bəri 22 faiz düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department