"Muğanbank" cərimələnib
Bakı Apellyasiya Məhkəməsində "Muğanbank" ASC-nin inzibati qaydada cərimə edilməsi barədə qərardan şikayətə baxılıb.
ENA.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, "Muğanbank"ın şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilərək, 300 manat cərimə edib.
"Muğanbank" ASC 1992-ci ildə yaradılıb.