Hadisə

Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı

Həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavininin saxlanıldığı bildirilir.

Məlumata görə, başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Eləcə də bax: Nizaməddin Quliyev - MAAŞ KARTLARINI MƏNİMSƏYİB

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.

© "BakuPost"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)