Sosial iqtisadiyyat

Dövlət Turizm Agentliyində yeni şöbə yaradılıb

Dövlət Turizm Agentliyində Mədəni irs və regional turizm şöbəsi yaradılıb.

Bu barədə Agentliyin mətbuat katibi Kənan Quluzadə məlumat verib. 

Onun sözlərinə görə, yeni şöbənin tərkibində Regional turizmin inkişafı və Mədəni irsin idarə edilməsi sektorları fəaliyyət göstərəcək. 

Əvəzində indiyə qədər Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin tərkibində fəaliyyət göstərən Regional turizm və qoruqların inkişafı sektoru ləğv olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)