Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsinin müsbət saldosu 80 milyon dollara yüksəlib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın turizm xidmətləri ixracının dəyəri 1,4 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,3 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.
Nəticədə turizm xidmətləri üzrə 9 aylıq dövriyyədə 80 milyon dollar qalıq yaranıb. Bu rəqəm yarım illik dövriyyədə 30 milyon dollar təşkil etmişdi. Başqa sözlə, III rübdə müsbət saldo 50 milyon dollar artıb.
Bununla belə, 9 ay ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 18%, Azərbaycana səfər edən xarici vətəndaşların sayı isə 10% artıb.