AZAL Dubay istiqamətində uçuşları bərpa etdi
Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.
AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamada bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.


















