Sançezin təyyarəsi Ankarada təcili eniş edib
İspaniyanın rəsmi xəbər agentliyi EFE, Avropa Siyasi Birliyinin iclası üçün Madriddən Ermənistanın paytaxtı İrəvana gedən İspaniya Baş naziri Pedro Sançezi daşıyan təyyarənin texniki problem səbəbindən Ankarada təcili eniş etdiyini açıqlayıb.
EFE-nin Baş nazirlikdəki mənbələrə istinadən verdiyi məlumata görə, Baş nazir Pedro Sançezi Avropa Siyasi Birliyinin iclası üçün Ermənistana aparan rəsmi Airbus A310 təyyarəsi texniki problem səbəbindən Ankarada təcili eniş edib.
Texniki nasazlığın ciddi olmadığı, lakin protokol qaydalarına əməl edildiyi bildirilib. Sançez gecəni Ankarada keçirəcək və səhər tezdən İrəvana gedəcək.


















