Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti artıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,11 dollar və ya 0,19% artaraq 58,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,27 dollar və ya 0,42% artaraq 63,99 dollar təşkil edib.