ENA+

Gürcüstanda qumarxana biznesindən büdcəyə 34 milyon dollar daxil olub

Gürcüstanın dövlət büdcəsinə bu ilin on ayında qumarxana biznesindən 97,492 milyon lari (34 milyon dollara yaxın) həcmində gəlir daxil olub.

ENA.az xəbər verir ki, bu barədə qonşu ölkənin dövlət büdcəsi gəlirləri ilə bağlı hesabatda bildirilib.

İllik müqayisədə qumar oyunlarından büdcəyə daxilolmaların həcmi 8% azalıb.

Yanvar-oktyabr aylarında büdcəyə həvəsləndirici oyunlardan 5 448 292 lari, elektron oyunlardan 9 305 438 lari, oyun avtomatlarından 52 461 133 lari, klub oyunlarından 913 209 lari, kazino oyunlarından isə 29 042 851 lari məbləğində gəlir daxil olub.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanda oyun biznesinin dövriyyəsi illik müqayisədə 128% artaraq 13,806 milyard lari təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)