ABŞ gələn il üçün neft qiymətləri proqnozunu yeniləyib
ABŞ gələn il üçün neft qiymətləri proqnozunu yeniləyərək "Brent" və WTİ markalı neftin bir bareli üçün qiyməti 0,50 dollar artırıb. Yeni proqnozda "Brent" neftinin qiyməti 60,50 dollar/barel və WTİ markalı neftin qiyməti 55 dollar/barel müəyyənləşdirilib.
Bu barədə ABŞ-ın Enerji İnformasiyası İdarəsinin (EİA) "Qısamüddətli Enerji proqnozu 2019" hesabatında bildirilir.
"Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi "OPEC"ə daxil olmayan ölkələrin xam neft hasilatını gələn ilin I rübündə gündəlik 500 min barel azaldılması qərarı qiymətlərin müsbət yöndə dəyişdirilməsinə səbəb olub" ,- deyə EİA bildirib.
ABŞ, həmçinin gündəlik xam neft hasilatı proqnozunu 100 min barel azaldaraq, təxminən 13,2 milyon barel müəyyənləşdirib.
Xatırladaq ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft hasilatçısına çevrilib.