“Muğanbank”da yeni - TƏYİNAT
“Muğanbank" ASC-də yeni təyinat olub. ENA.az xəbər verir ki, 03.12.2019-cu il tarixdən etibarən Nağıyeva Nigar Rasim qızı Ödəniş sistemləri və təcili pul köçürmələri departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi xidmət göstərir.