Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı
Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb.
ENA.az xəbər verir ki, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir.
Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.
Bundan başqa, Rusiya ərazisində dünya çempionatlarının keçirilməsi də qadağan edilib.