MALİYYƏ

“İnvest-Az” nizamnamə kapitalını kəskin artırıb

“İnvest-Az İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 654 min 360 manat və yaxud 40,9% artıraraq 1 milyon 600 min 230 manatdan 2 milyon 254 min 590 manata çatdırıb.

Bu, Şirkətin kommersiya qurumlarının dövlət reyestrindəki məlumatlarından məlum olur.

Kapital artımı “İnvest-AZ”ın dövriyyədə olan 1 230 ədəd adi səhminin nominal dəyərinin 1 301 manatdan 1 833 manata çatdırılması hesabına baş tutub. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)