Milyarderdən pozitiv bitkoin proqnozu: dəyəri 250 mini keçəcək
Məşhur biznesmen və milyarder Tim Draper 2022-ci ilə qədər bitkoinin dəyərinin 250 min dollara çatacağını deyib.
"BI" xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan "Web Texnologiya Zirvəsi"ndə danışan Draper bitkoinin 2022-ci ilə qədər 250 min dollara qədər bahalaşacağını deyib: "Bitkoinin qiymətindəki bahalaşma 2022-ci ilə qədər və ya 2023-cü ildə gerçəkləşəcək. Bitkoinin 250 min dollara bərabər olacağı ilə bağlı proqnozlar sağlamdır, lakin kriptovalyutanın bu səviyyəyə necə çatacağını tam olaraq bilmirəm", - deyə milyarder bildirib..
Qeyd edək ki, kriptovalyutalara etdiyi sərmayələrlə tanınan biznesmen 2014-cü ildə dəyəri 320 dollar olan bitkoinin 2017-ci ildə 10 min dollardan baha olacağı təxminini irəli sürmüş və proqnozu həqiqət olmuşdu.