Sənaye

Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Dünya birjalarında neftin qiyməti azalıb.

"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,16 dollar və ya 0,27% azalaraq 58,27 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,23 dollar və ya 0,36% azalaraq 63,16 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department