Prezident Hacıqabul rayonuna yeni icra başçısı təyin edib - SƏRƏNCAM
Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
ENA.az xəbərt verir ki, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.