Neft bahalaşıb
Dünya birjalarında neftin qiyməti artıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,70% artaraq 56,49 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,46 dollar və ya 0,76% artaraq 61,28 dollar təşkil edib.