ENA+

2020-ci ilin PROQNOZLARI – Tramp uduzacaq, neft 90 dollara satılacaq, dollar 20% ucuzlaşacaq

Danimarkanın “Saxo Bank” investisiya bankı 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən, “şokedici”, “təəccüblü” və s. kimi xarakterizə olunur.

ENA.az 2020-ci ilin proqnozlarını təqdim edir.

Neftin 1 bareli 90 dollara çatacaq.  Gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azaltması olacaq.

Tramp yeni vergi tətbiq edəcək və prezident seçkilərini uduzacaq. ABŞ iqtisadiyyatı 2020-ci ildə ticarət balansındakı defisitə görə çətinliklərlə üzləşəcək. Çinlə tariflərlə bağlı saziş də buna yardım etməyəcək. Tramp xaricdə istehsal olunan məhsullardan əldə olunan gəlirin 25%-ni ABŞ-a ödəməyi nəzərdə tutan yeni vergi tətbiq edəcək. Seçicilərin tərkibində liberal düşüncəli şəxslərin üstünlük təşkil etməyə başlamasına görə Tramp 2020-ci il seçkilərini uduzacaq. Demokratlar partiyası həm prezident kürsüsünü, həm də Konqresin hər iki palatasını nəzarəti altına götürəcək.

Asiya ölkələri dollardan imtina edərək öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta – Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Macarıstan Avropa Birliyini tərk edəcək. Avropa Birliyi cəmiyyətə və insan haqlarına ciddi təzyiqlər olduğu üçün Macarıstana qarşı imzaladıqları müqavilənin 7-ci bəndini tətbiq edib. Ölkəsini miqrantların axınından qoruduğunu elan edən Macarstan hökuməti isə get-gedə Türkiyə ilə ortaq soy-kökə bağlılığa vurğu edir. Digət tərəfdən Avropa Birliyinin Macarıastana illər ərzində ayırdığı maliyyə yardımı isə minimum səviyyəyə edib. Bu ölklərdə arasında “boşanma” prosesini yaxınlaşdırır.

Digər reallaşmasına inamın az olduğu lakin gerçəkləşə biləcək hadislər arasında Ceremi Korbinin Böyük Britaniyada parlament seçkilərində qalib gəlməsi, Almaniya iqtisadiyyatında durğunluq və s. proqnozlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)