Sənaye

Səudiyyənin neft nəhəngi Azərbaycandakı imkanları nəzərdən keçirir

"Azərbaycanda neft və qaz sahəsində böyük imkanlar və fürsətlər var".

Bunu bu gün Bakıda keçirilən "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları" na dair tədbirdə "Aramco Overseas" şirkətinin baş direktoru Əhməd al Şiha bildirib.

O vurğulayıb ki, Azərbaycan MDB ölkələri arasında Səudiyyə Ərəbistanı üçün vacibdir.

Əhməd al Şiha xatırladıb ki, "Saudi Aramco" şirkətinin 2018-ci ildə Bakıda ofisi açılıb: "Biz Azərbaycanda fərqli sahələri nəzərdən keçiririk. Azərbaycanda “apstrim” və “daunstrim” sahələrində imkanlar mövcuddur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)