Neft bahalaşır
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,18 dollar və ya 0,32% artaraq 56,14 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,11 dollar və ya 0,18% artaraq 61,03 dollar təşkil edib.