Prezidentdən Məhərrəm Əliyevlə bağlı daha bir - SƏRƏNCAM
![](https://ena.az/uploads/news/2019-11/_ena_6ed818d7bc7b88b94bf38c391_o.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
"ENA" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.