Fərəh Əliyeva şöbə müdiri təyin edilib
![](https://ena.az/uploads/news/2019-11/_ena_9d5590a24af9fa9492e9ee874_o.jpg)
Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
"ENA" xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, F.Əliyeva bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində işləyib.