Kərəm Həsənov yeni vəzifəyə təyin edilib
Bir qədər əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yeni vəzifə verilib.
“ENA” xəbər verir ki, o, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev bu gün Administrasiyanın yeni strukturunu təsdiq edib.
Eləcə də bax: Prezidentin Katibliyi ləğv olundu, Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən azad edildi